Bakıda, Qala qəsəbəsində yeddinci sinifdə oxuyan qızın məktəbə getməsinə icazə verilmir.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Belə ki, məlumata görə, qızın təhsil almasına atası və nənəsi mane olur. Bildirilir ki, qızı məktəbdən çıxarıb ərə verəcəklər.

Məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

BAKU.WS