Bakıda gənc qız itkin düşüb.


BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.


Binəqədi rayonu, "Motodrom" yeni yaşayış massivində yaşayan, 1970-ci il təvəllüdlü Nigar Mustafayeva polisə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 2000-ci il təvəllüdlü Gülbahar Mustafayeva noyabrın 30-da səhər saat 9 radələrində evdən çıxıb.


O, bir daha geri qayıtmayıb.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS