SİZİN REKLAM BURADA!
055 213 76 73



Dekabrın 18-də günorta saatlarında Nardaranda keçirilən əməliyyat zamanı daha 3 nəfər saxlanılıb. 

BAKU.WS məlumat verir ki, 5 nəfər isə səhər saatlarında keçirilən əməliyyat zamanı saxlanılmışdı. Bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.

Onun sözlərinə görə, kənddə evlərdə və həyətyanı sahələrdə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam edir, axtarışda polis əməkdaşları və xüsusi təyinatlılar iştirak edir.

Xatırladaq ki, dekabrın 4-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var.
 
BAKU.WS