VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün səhər saatlarında Nardaranda əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə keçirilən əməliyyat tədbirlərilə əlaqədar qəsəbədə evlər yoxlanılır.

BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən evlərdə qeydiyyat olan şəxslər siyahı üzrə yoxlanılır.

Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.
 
BAKU.WS