VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Bunu AzTV-yə nüsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.

Nazir qeyd edib ki, qəsəbədə keçirilən əməliyyatlar zamanı 5 nəfər məhv edilib: "Əməliyyatlar zamanı 6 avtomat, çoxlu sayda tapança və partlayıcı qurğu aşkar edirilib. Əməliyyatlar davam etdirilir".

R.Usubov əlavə edib ki, artıq 23-cü dəfədir Nardaranda polislə sakinlər arasında qarşıdurma yaşanıb. Nazir Nardaran sakinlərindən xahiş edib ki, əllərdə olan silahları yerlərdəki post-patrul xidmətlərinə təhvil versinlər. R.Usubov qeyd edib ki, Nardaran istisna olmaqla hazırda Azərbaycanda hər yerdə əmin-amanlıqdır. Nazir həmçinin qeyd edib ki, Nardaran hadisələri ilə əlaqədar intensiv olaraq Baş Prokurorluq tərəfindən istintaq işləri aparılır: "Daxili İşlər Nazirliyinin həm polis, həm də daxili qoşun qüvvələri vəziyyəti tamamilə nəzarət altına alıblar.

Dünən və bu gün heç bir insident baş verməyib. Lakin biz 4 gündür ki, orada yaşayan vətəndaşlardan rəsmi olaraq silahı yerə qoymağa, əllərdə olan avtomat, tapança, qumbaraları könüllü olaraq təhvil verməyi tələb edirik".

R.Usubovun sözlərinə görə, təəssüflər olsun ki, bu günədək bir ədəd silah belə könüllü surətdə təhvil verilməyib: "Xüsusilə Nardaranda yaşayanlardan bir daha tələb edirəm, xahiş edirəm ki, əllərdə olan silahları təcili olaraq həmin yerlərdəki polis postlarına təhvil versinlər. Kimlər ki, könüllü surətdə silahları təhvil verəcək, onlar haqqında heç bir cinayət işi başlanılmayacaq. Bizim hazırladığımız xüsusi əməliyyat nəticəsində 6 avtomat, çoxlu tapança, partlayıcı qurğular, maddələr götürülüb və bu iş davam etdirilir"

BAKU.WS