Bu gün Xətai rayonu, Nobel prospektində iki hərbiçini - Vüqar Mahmudovu və  Dəniz Qasımovu avtomobil vurub.

BAKU.WS
 virtualaz.org-a istinadən xəbər verir ki, hadisə “Asiman” şadlıq evinin qarşısında  baş verib.


Onlardan birinin 20, digərinin 21 yaşı var.


Hər iki yaralı təcili yardımla Tibbi Klinik Mərkəzə aparılıb.


Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkir təsdiqləyib. 


Xəstəxanadan bildiriblər ki, hər iki şəxsdə sınıq və travmalar var. Yaralıların vəziyyəti orta-ağırdır.


BAKU.WS