SİZİN REKLAM BURADA!
055 213 76 73



Bərdə rayonunda su arxından meyit tapılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Meyitin Bərdə rayon sakini, 1994-cü təvəllüdlü Elvin Mehman oğlu İmanlıya məxsus olduğu müəyyənləşib. Üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS