Bu gün səhər saatlarında yenə də Bakı metrosunda problem yaranıb.

BAKU.WS
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yazılıb. Bildirilir ki, metronun "20 yanvar” stansiyasında qatar tuneldə qalıb. Daha sonra isə qatar platformaya çatanda sərnişinlər düşürülüblər.


Qeyd edilir ki, sərnişinlər arasında çaşqınlıq yaşanıb. Hətta qorxduğu üçün halı pislşənlər də olub.


Məsələ ilə yanaşı Bakı Metropoliteni ilə əlaqə yaratdıq. Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, qatarda nasazlıq yaranıb.


"Saat 10:46-da "Elmlər Akademiyası” stansiyasında maşinist qatarda texniki nasazliq aşkar edib. Sərnişinlır "Elmlər Akademiyası” stansiyasında düşürülüb və qatar sərnişinsiz gedib. Həmin qatarın ardınca isə sınaq qatarı xəttə buraxılıb. Sınaq qatarı təmirin ən son mərhələsində xətdə yoxlamaq üçün verildiyindən, sərnişinsiz hərəkət edib”, - deyə B.Məmmədov bildirib.


Ziya SƏCCAD
BAKU.WS