Bakıda mollalar arasında dava düşdü
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində mollalar arasında əlbəyaxa dava düşüb.
BAKU.WS-in məlumatına görə, hadisə qəsəbədəki "20 yanvar” adına parkda baş verib. Parkda iki yaşlı kişi dincələn zaman onlara digər bir yaşlı adam da qoşulub. Söhbət zamanı məlum olub ki, kişilərdən ikisi molladır. Onların sözü isə Biləcəri qəsəbəsində düşmüş yası aparmaq üstündə çəpləşib. Ətrafdakı insanlar yaşlı kişiləri çətinliklə ayırıblar. Bir qədər sakitləşəndən sonra isə yaşlı mollalar yenidən əlbəyaxa olublar. Ətrafda olan insanlar mollaları müxtəlif istiqamətlərə apararaq vəziyyəti sabitləşdiriblər. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib
Martın 18-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri müəyyən edilən daha bir şəxsin nazirlik...