VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov saxlanılıb.

BAKU.WS Türkiyə mətbuatən aistinadən xəbər verir ki, Dəmirovun polislər tərəfindən sürücüsünün telefonunun izlənilməsi sayəsində ələ keçib.

Dəmirovla bərabər sürücüsü Barış A.-da polislər tərəfindən saxlanılıb. Barış A.-nın avtomobilində cinayətdə istifadə edilən "Glock" markalı tapança aşkar edilib.

Polisdəki ifadəsi zamanı Dəmirovun İsmayılovla birgə ticarət mərkəzi işlətdikləri, eləcə də qida və elektronika ticarəti sahəsində ortaq çalışdıqları bəlli olub. Dəmirov İsmayılova birgə çalışdıqları şirkətin 2%-ni verəcəyini bildirsə də, sonradan bəzi problemlər ucbatından bunu həyata keçirə bilməyib.

Bundan sonra İsmayılov Dəmirovu təhdid edərək, gecikmə ucbatından zərər görəcəyini bildirib. Dəmirov özü və ya övladlarına hansısa zərərin gələcəyini düşünərək, İsmayılovun ofisinə gedib və atəş açaraq onu öldürüb.

Dəmirov polisə ifadəsində bildirib ki, o bu qətli törətməsəydi, İsmayılov onu öldürəcəkdi.

BAKU.WS