SİZİN REKLAM BURADA!
055 213 76 73



Kimisi hönkür-hönkür ağladı. Kimi isə çəkiliş qrupuna hücum etdi.

BAKU.WS bildirir ki, görüntülər gecə Bakıda keçirilən reyddəndi. Polisə tabe olmayan sərxoş sürücü isə yol polisinə çətin anlar yaşatdı... İçkili halda sükan arxasında əyləşən Sürücü saatda 158 km sürətlə hərəkət edir.

Yol boyu isə təhlükəli manevrlər edərək digər sürücülərin də həyatını təhlükəyə atır. Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü baş verənləri xatırlamadığını desə də, eyni əməli ikinci dəfə törətməyini boynuna alır.

Başqa bir sürücü isə Heydər Əliyev prospekti boyunca avtoxuliqanlıq hərəkətləri edərək yol boyu nəqliyyatın hərəkətinə ciddi problem yaradır.

Yol polisi tərəfindən saxlanılan sürücü isə çıxış yolunu çəkiliş qrupuna hücum etməkdə gördü.

Avtoxuliqanlıq hərəkətləri edən sürücü əvvəlcə yol polisi ilə razılaşmadıı. Sonra isə səhvini etiraf etdi.

Yol boyu təhlükəli hərəkətlər edərək sürət həddini dəfələrlə aşan başqa bir sürücü isə nə sərxoşdu, nə də sənədlərində hər hansısa çatışmazlıq var. Yol polisinə çətin anlar yaşadan sürücü tabesizlik göstərməsini qəribə səbəblə izah edir.

Bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək. /xezerxeber.az

BAKU.WS