SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncə şəhərində yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisinin yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində mikroavtobusun 2 sərnişini - Ağstafa rayon Göycə kənd sakini, 1961-ci il təvəllüdlü Qafilə Paşa qız Paşayeva və 1992-ci il təvəllüdlü Röya Aşur qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS