SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə tanınmış biznesmeni şantaj edərək 1 milyon dollar tələb edən qadın həbs edilib.

BAKU.WS
xəbər verir ki, 28 yaşlı Roza A. əslən iraqlı olan iş adamı 52 yaşlı A.H. ilə 3 il müddətində yaxın münasibətdə olub. Qadınla birlikdə müxtəlif vaxtlarda görüşən biznesmen ondan ayrılmaq istədiyini bildirib.

Qadın isə buna qarşı olub. Ayrılacağı təqdirdə kişini biabır edəcəyini deyib. Bundan sonra onlar arasında mübahisə və dava olub. Biznesmen qadını döyüb.

Baş verənlərdən əsəbləşən Roza əvvəllər münasibətdə olduğu sevgilisinə zəng vurub. Məsələni ona danışıb. Görüntüləri göstərdikdən sonra biznesmenə tələ qurublar.


Rozanın sevgilisi A.H.-nı görüşə çağırıb. Görüş ərəfəsində ona Roza ilə A.H-nın intim münasibətdə olduqları video diski verib. Bildirib ki, müxtəlif vaxtlarda görüntülər çəkilib. Həmin görüntülər biznesmenin əlaqədə olduğu şirkətlərin rəhbərlərinə, eyni zamanda onun həyat yoldaşına göndəriləcək. Bu videonun internet resurslarında da yayılacağı barədə məlumat verib.

A.H. məcbur olub qadının sevgilisinə 50 min dollar verib. Lakin bu puldan əlavə Roza A.H-dan 1 milyon dollar tələb edib. Əks təqdirdə, onu rüsvay edəcəyini deyib.


Təhdidlərdən bezən biznesmen polisə şikayət edib. Türk polisinin keçirdiyi əməliyyat nəticəsində Roza və onun sevgilisi qaldıqları oteldə saxlanılıblar. Onların qaldırları yerdən 100-ə yaxın Roza ilə biznesmenin porno görüntülər aşkarlanıb.

Bildirilir ki, əgər həmin videolardan biri yayılsaydı, dünyaca məhşur olan iraqlı iş adamının karyerası bitə bilərdi. Həmin biznesmenin tanınmış olduğu bildirilsə də, kimliyi açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

Ziya
BAKU.WS