SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS
publika.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Elçin Məmmədovun cəzasının yüngülləşdirilməsi barədə apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Məmmədov Elçin Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-cı ilin noyabrında Qaradağ rayonu ərazisində Rasim Abıyevin idarə etdiyi “Mercedes Benz - C180” markalı avtomobillə hərəkətdə olarkən Elçin Məmmədovun idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə toqquşub. Nəticədə “Nissan Sunny” markalı avtomobildə olan sərnişinlər - Birləşmiş Ərəb Əmirliyi vətəndaşları - Suhail Saeed Rashed Saeed Almeqbal və Lamees Ziad Mahmoud Jbarah aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Baş verən hadisədə təqsirli bilinən Elçin Məmmədovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi məlum olub.

BAKU.WS