“Qəpik-qəpik yığmışdım ki, uşağa dəftər-kitab alım” – Oğrular atanın arzusunu ürəyində qoydu – VİDEO

“Qəpik-qəpik yığmışdım ki, uşağa dəftər-kitab alım” – Oğrular atanın arzusunu ürəyində qoydu – VİDEO
Video
Hadisə 2644
Abulbəyli kənd sakini Sübhan Ələkbərova məxsus fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslər giriblər. BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, pul və qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkənin sözlərinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Sübhan Ələkbərov – Zərərçəkən: “Gəldik evə, gördük ki, uşağın şəkli düşüb, fəxri fərman düşüb yerə. Bir də 60 manat pul. O pulnan da sabah qız övladımı həkimə göstərməli idik. Həmin 60 manatı axtaranda gördük ki, evdə dağıntı olub, oğurluq olub. Sonradan axtardıq, gördük ki, 650 manat da yoxdur. Təqribən 730-800 manat civarında pul evdən oğurlanıb. Hələ bilmirik ki, nə qədər qızıl oğurlanıb. Mən o pulu qəpik-qəpik yığmışdım ki, uşağa dəftər-kitab alım”.Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.BAKU.WS

Son xəbərlər