Bakının Binəqədi rayonunda yanğın baş verib.

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat verib. Bildirilib ki, hadisə Xocasəndə qeydə alınıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bildirdilrə ki, hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub.

Xocasəndə boş yeşiklərin toplandığı tikilidə yanğın olub. Hava küləkli olduğu üçün alov yayılıb. Hadisə yerinə 2 yanğınsöndürən və canlı qüvvə cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb”, - deyə məlumatda bildirilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS