Bakıda Daxili İşlər Nazirliyinin bölmə rəislərindən biri öz otağında əməliyyat müvəkkilini döyüb.


BAKU.WS
-in qafqazinfo saytına istinadən verdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı 1989-cu il təvəllüdlü Səməd Düsturov rəisin onu döyməsi haqda raport yazıb.


O bildirib ki, bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə noyabrın 26-da saat 00:30 radələrində 25-ci Polis Bölməsində baş verib. S.Düsturov xidmət etdiyi Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı 1968-ci il təvəllüdlü Rafael Albabayev və müavini olan polis mayoru 1967-ci il təvəllüdlü Şakir Rüstəmov tərəfindən döyülüb. Hadisəni nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ