SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dünən gecədən başlayaraq "Yeni Ermənistan" hərəkatı İrəvanın mərkəzindəki Azadlıq meydanında bir günlük oturaq aksiya keçirir.

BAKU.WS
-in məlumatına görə, etirazlar Ermənistan Konstitusiyasında aparılan islahatlarının əleyhinə təşkil olunub.

Aksiya zamanı hökumət əleyhinə şuarlar da səsləndirilib. Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaya müdaxilə edib. Nəticədə mitinq iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb.

"İrs" partiyasının lideri Raffi Ovanisyan bildirib ki, nümayişçilər növbəli şəkildə meydanda olacaqlar. Bu gün saat 18:00-dan başlayaraq isə yeni mitinq keçiriləcək, ardınca isə nümayiş olacaq.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda Konstitusiya islahatları ilə bağlı referendum keçiriləcək.

Ziya Səccad

BAKU.WS