SİZİN REKLAM BURADA!
055 213 76 73



İyunun 5-də axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib.

Rayonun Yeni Suvagil kənd sakinlərinin APA TV-nin Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus çay daşından inşa edilmiş mal tövlələrinin divarında uçqun baş verib, bir-neçə yaşayış evlərinin divarlarında xırda çatlar əmələ gəlib. Episentrə yaxın bir sıra yaşayış məntəqələrində 2012-ci il zəlzələsindən sonra evlərin divarlarında yaranan xırda çatlarda genişlənmə qeydə alınıb.

Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Tibbi Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.

Qax şəhəri, İmam Mustafayev küçəsi ev 8 ünvanında yaşayan 13 yaşlı Gülər Durmuşzadə zəlzələ zamanı qaçmaq istəyərkən yıxılıb və ayağı sınıb. O, Qax MRX-a yerləşdirlib.

Zaqatala rayon Göyəm kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn kənd sakini infarkt keçirərək ölüb.

BAKU.WS