SİZİN REKLAM BURADA!
055 213 76 73



İsmayıllıya yağangüclü yağışrayona və kəndlərəciddi ziyan vurub, evlərin damları uçub. Bölgəyə yağan leysan yağışları nəticəsində yaranan sel suları Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ziyan vurub. Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. Sel Oğuzda da ziyanla ötüşüb.

Gecə saatlarından başlayaraq İsmayıllı rayonundayağışla müşayət olunangüclü külək fəsadlar törədib.

Diyallı kəndinəbir neçə evin dam örtüyü uçub. Damları uçan evlərin daxilindəki əşyalar,elektrik avadanlıqları və yeni gətirilmiş gəlinin cehizləri dəsu içində qalaraq yararsız vəziyyətə düşüb.

Həyətdəki tövlələrin dam örtüyü də dağılıb,ot bağlamaları istifadəyə yararsız olub. Dəymiş ziyanın aradan qaldırılması üçün işlər aparılır.

Rayonun Xanagah kəndində isə yeni istifadəyə verilənsu anbarında təhlükə yaranıb. Rayonu içməli suilə təmin edən anbarin qoruyucu bəndi selnəticəsində dağılıb. Əraziyə texnikalar cəlb olunub,dagıntılar bərpa olunub.

Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.

Göyçay şəhəri, eləcə də Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələrinə, meyvə bağlarına zərər yetirib. Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.

Artıqüçüncü gündür ki, aramsız yağan güclü leysan yağışları Oğuz rayonu ərazisindən axan dağ çaylarında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə Türyançay və Qalaçayları məcrasını dəyişərək fərdi təsərrüfatlara, əkin və biçin sahələrinə zərər vurub.Mollalı, Xaçmaz və Xaçmazqışlaq kəndlərində bir sıra fəsadlar əmələ gəlib.

Oğuz rayon suvarma sistemləri idarəsindən bildirilib ki, aramsız yağşlara baxmayaraq texnika və digər yardımçı qüvvələrdən istifadə edərəkdaşqınların qarşısını almaq istiqamətindətədbirlər görülür.

BAKU.WS