SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağstafaçayda məktəblinin batmasının təfərrüatı məlum olub. 

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bir neçə məktəbli uşaq həmin ərazidə çimən zaman 8-ci sinif şagirdi Elnar Muradxan oğlu Mustafayev suda batıb.

Onunla birlikdə olan uşaqlar qorxub ərazidən uzaqlaşıblar. Yaxınlıqdan keçən şəxslərdən biri çayın sahilində paltar və mobil telefon tapıb. Bununla bağlı polisə məlumat verilib. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində uşağın meyiti tapılıb və müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, E.Mustafayev Bakı şəhərindən Qazax rayonunun Ağköynək kəndinə qonaq gəlibmiş. 

BAKU.WS