SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Səbail rayonunda baş verən insidentin iştirakçıları müəyyənləşib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisinin müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisədən dərhal sonra gənc oğlan tərəfindən döyülən şəxs Natiq Gözəlov Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsinə müraciət edib. Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində şikayətçini döyən Şəmsi adlı gənc olduğu müəyyənləşib.

“Hazırda 9c-u bölmədə araşdırma aparılır. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək”, - deyə Orxan Mansurzadə bildirib.

Qeyd edək ki, bu gün Bakının Səbail rayonunda iki gənc oğlan yaşlı kişini döyüb. Hadisə Seyid Rüstəmov küçəsində təxminən günorta, saat 12 radələrində baş verib.

Axundov bağının ətrafında baş verən hadisə zamanı əvvəlcə yaşlı kişi qarşısına qəfil çıxan yük maşınının sürücüsü ilə mübahisə edib. Daha sonra söyüş söyən yaşlı kişiyə yaxınlıqdan keçən gənclər irad bildirib.

Bundan sonra yaşlı kişi ilə gənclər arasında dava başlayıb. Hadisənin görüntüləri anbaan kameraya düşüb. Ətrafdakı insanlar davaya müdaxilə edib və dalaşan şəxsləri uzaqlaşdırıb.

Davanın görüntüsünü təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS