SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının mərkəzində binanın eyvanı uçulub.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib.

Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçulub, eyvan yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır.

BAKU.WS