SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda tikilməkdə olan binada uçqun olub. Hadisə paytaxtın Səbail rayon Şıx qəsəbəsindəki bir istirahət mərkəzində baş verib. Nəticədə 2 nəfər ölüb, 4 isə nəfər xəsarət alıb. "Xəzər Xəbər” əməkdaşları hadisə yerində olublar.

İstirahət mərkəzində tikilməkdə olan bir binanın uçması nəticəsində 2 nəfər öldü. Hadisə günorta saatlarında Paytaxtın Səbail rayonu Şıx qəsəbəsində baş verib. Tikintisi başa çatmamış 3 mərtəbəli bina qəfldən uçub. Dərhal hadisə yerinə təcili tibbi yardım maşınları və Fövqəladə hallar nazirliyinin xilasetmə qüvvələri cəlb edilib.

Hadisə zamanı binada 6 nəfər olub. Onlardan 2-nin meyiti çıxarılıb, 4 nəfər isə xəsarət alıb. Ölənlər 34 yaşlı Ramal Yolçuyev və 44 yaşlı Rövşən İbrahimovdur. Xəsarət alanlardan birinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov bildirib ki, həmin yaralılar Ayaz Orucov, Təbriz Şükürov və Əmir Mehdiyevdir. Onlardan birinin vəziyyəti yüngül olduğundan bu gün evə buraxılacaq. Digərlərinin isə müalicəsi xəstəxanada davam etdiriləcək.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev uçqun hadisəsinin ilkin başvermə səbəbini açıqlayıb.

İstirahət mərkəzində baş verən uçqunla bağlı artıq cinayət işi də başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, hadisə ilə bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü yəni Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
BAKU.WS