SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gecə Bakının Yasamal rayonu ərazisində, "Azərsu" ASC-nin binası qarşısında minik maşını aşıb.

"Report"un yerli bürosunun məlumatına görə, "99-KJ-767" dövlət qeydiyyat nişanlı avtomobil 20 Yanvar dairəsi yaxınlığında yüksək sürətlə manevr edərkən aşıb.

Nəticədə qadın sürücü ağır yaralanaraq şok keçirib. Onu avtomobildən yaxınlıqda olan insanlar çıxararaq xəstəxanaya aparıblar.

Hazırda həmin qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS