SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Sivas bölgəsində polis fahişəliklə məşğul olanlara qarşı əməliyyat keçirib. Təxminən bir ay sürən əməliyyat hazırlıqları zamanı 50-yə yaxın şəxsin ifadəsini alınıb.

Virtualaz.org “Hürriyet”ə istinadən xəbər verir ki, əməliyyat zamanı fahişəliklə məşğul olduqları ehtimal olunan 5 qadın və fahişələrə araçılıq edən 10 şübhəli şəxs saxlanılıb. Fahişəliklə məşğul olan qadınlardan 4-ü əcnəbidir: 3-ü Gürcüstan, 1-i isə Azərbaycan vətəndaşıdır.

Araçılıq edənlərin telefonla əlaqə saxladıqları şəxslərlə “yaxşı inşaat işçisi var”, “gözəl inşaat işçisi gəldi” kimi şifrələrlə əlaqə qurduqları məlum olub. Onların həmçinin polisin əlinə keçməmək üçün tez-tez qaldıqları yeri dəyişdirdikləri bildirilir.

Mənbənin yazdığına görə, əcnəbi qadınlar polis araşdırmasından sonra öz ölkələrinə göndəriləcək.

BAKU.WS