SİZİN REKLAM BURADA!
055 213 76 73



Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər xarici dövlətlərdə bir neçə dəfə məhkum olunmuş Teyub Tağıyev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd bükümdə ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Xatırladaq ki, virtualaz.org ötən ilin fevral ayının 24-də ayağından tapança yarası alan Şirvan şəhər sakini Teyyub Eyyub oğlu Tağıyev yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılmasını xəbər vermişdi. O zaman əldə etdiyimiz məlumata görə, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa” Teyyub kimi tanınıb.

solda Teyyub Tağıyev, sağda Rahim Ələkbərov

2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb.

DİN-in açıqlamasında isə bildirilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri - Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar.

Hal şahidlərinin iştirakı ilə H.Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H. Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

BAKU.WS