SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtda keçmiş məhkumdan 7 kiloqramdan artıq heroin və marixuana aşkar edilib

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb.

Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 2 qram narkotik vasitə olan heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq V.Səmədovun yaşadığı evə baxış keçirilən zaman əlavə olaraq orada gizlətdiyi 3 kiloqram 30 qram heroin və 4 kiloqram 20 qram marixuana aşkar olunub. Saxlanılan şəxs ilkin ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS