Gecə saatlarında Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə bir neçə sürücü gətirilib.
 
BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, nin məlumatına görə, yol-patrul xidmətinin əməkdaşları Xosrov Elxan oğlu Soltanovu sükan arxasında mobil telefondan istifadə etdiyi üçün saxlayıblar. Lakin onun həm də sərxoş olduğu müəyyən edilib.
 
Məntəqəyə gətirilən Xosrov Soltanovun sərxoş olması öz təsdiqini tapıb.
 
Sürücülər Mətləbəli Abbasov və İsmayıl Namazov isə təhlükəsizlik kəmərindən istifadə etmədiklərinə görə saxlanılıblar.
 
Sürücü İsmayıl Namazovun başına gələn hadisə əsl macəra sayıla bilər. Spirtli içki qəbul edən İsmayıl Namazov ayıq sürücü xidmətindən istifadə edib. Lakin evlərinə çatanda İsmayıl Namazov ayıq sürücünün özünü avtomobili ilə evinə aparmaq qərarına gəlib.
 
Ümumilikdə gecə saatlarında sərxoşluğun müayinəsi məntəqəsinə 25-ə yaxın sərxoş sürücü gətirilib.

BAKU.WS