SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün axşam saatlarında Şirvan şəhərində, M.Ə.Rəsulzadə prospektindəki mənzillərdən birində kişi meyiti tapılıb.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, həmin mənzildə Ağsu rayonundan olan 2 qardaş kirayədə yaşayırmış.

Ölüm hadisəsinin bir neçə gün əvvəl baş verdiyi bildirilir. Belə ki, mənzildən pis qoxu gəldiyini görən qonşular polisə müraciət ediblər.

Araşdırma nəticəsində məlum olub ki, öldürüldüyü ehtimal olunan şəxs Ağsu şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Cəmaləddin Abdulhəmid oğludur.  

Meyit müayinə üçün morqa aparılıb.

BAKU.WS