SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtda bir evdə 6 meyit tapılıb.

BAKU.WS-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər.

Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

BAKU.WS