SİZİN REKLAM BURADA!
055 213 76 73



Masallı rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakinini saxlayıb.

BAKU.WS-in xezerxeber.az-a istinadən verdiyi məlumata görə, fevralin 27-də narkotik satan Masallı şəhər sakini Seyfəddin Hüseynov avtomobillə Mollaoba kəndində olarkən, polis tərəfindən saxlanılan zaman o, məhəl qoymayaraq avtomobilini hərəkətə gətirib və polis əməkdaşlarının üzərinə sürüb. Polis şöbəsinin balansında olan avtomobili əzərək ətrafdakı insanların, polis əməkdaşlarının həyat və sağlamlıqları üçün təhlükə yaradıb. Daha sonra 2 vətəndaşın avtomobilinə də ziyan vuraraq oradan uzaqlaşıb.


Seyfəddin Hüseynovun idarə etdiyi içində narkotik olan avtomobil 2 kilometr aralıda bağlı vəziyyətdə aşkar olunub. Hazirda o, əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq rayon prokurorluğuna təqdim edilib.

BAKU.WS