40 günlük oğlunu satışa çıxaran atanın cəzası məlum oldu
28
dek
2017
11:04
"Bakıda 40 günlük oğlan uşağının satışa çıxarılması hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarında cinayət işi açılmalıdır."Bunu BAKU.WS-ə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyib.O bildirib ki, 40 günlük körpənin satışa çıxarılması cinayətdir və bu, insan alveridir.“Məsələ ilə bağlı şikayət olunmalıdır. Hadisə artıq ictimailəşib və hüquq-mühafizə orqanlarında fakta görə cinayət işi açılmalıdır. Cinayət məcəlləsində insan alveri ilə bağlı maddədə həmin şəxsi hansı cəzanın gözlədiyi qeyd olunub”, - deyə millət vəkili bildirdi.Cinayət Məcəlləsinin insan alveri ilə bağlı 144-cü maddəsinə əsasən uşağı satmağa çalışan şəxsi əmlakı əlindən müsadirə olunmaqla 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
İnsan alverinə xidmət edən məlum elan sayt rəhbərliyinə qarşı da cinayət işi açılması istisna edilmir.Həmçinin oxuyun: Bakıda 40 günlük uşağını elan saytında satışa çıxaran atadan ŞOK SÖZLƏR (AUDİO)Bakının Hövsan qəsəbəsində yaşayan Orxan adlı şəxs yeni doğulmuş uşağını elan saytlarından birində satışa çıxarıb. Lakin məsələ ictimailəşəndən sonra Orxan elanı saytdan silib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 40 günlük uşağını elan saytında satışa çıxaran atadan ŞOK SÖZLƏR (AUDİO)
Bakıda yeni doğulmuş uşaq elan saytlarından birində satışa çıxarılıb.BAKU.WS xəbər verir ki, lent.az-ın əməkdaşı 40 günlük oğlan uşağının satışa çıxarılması had...