Ermənilərdən gecə həmləsi

Ermənilərdən gecə həmləsi
Hadisə 1504

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 85 dəfə pozub. BAKU.WS-in Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistan ordusu bu ölkənin Noyemberyan rayonunun Voskevan, Dovex kəndlərində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım, Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub. İşğalçılar Goranboy rayonunun Gülüstan, Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Çaylı, Qızıloba, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Novruzlu, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərinə atəş açıblar. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Erməni silahlıları susduruldu

Erməni silahlıları susduruldu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 99 dəfə pozub. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən mə...

2114 Hadisə 10:36 11 noyabr 2015

Son xəbərlər