Lənkəranda yol qəzasına düşən Rusiya vətəndaşı rayon mərkəzi xəstəxanasında QİÇS-ə yoluxub.

Bu barədə BAKU.WS-ə xəstənin yaxınları məlumat verib. Onların sözlərinə görə, qəzaya uğrayan şəxs xəstəxanaya yerləşdirilərkən ondan qan analizləri götürülüb. Heç bir virus, infeksiya aşkarlanmayıb. Körpücük sümüyü və qabırğası sınan şəxs iki aya yaxın Lənkərn Mərkəzi rayon Xəstəxanasında müalicə olunub. Həmin ərəfədə ona Lənkəran qan bankından 60 AZN-ə 300 ml qan alınaraq vurulub. Bir müddət sonra isə yenidən müayinə olunan xəstədə QİÇS virusu aşkarlanıb.

Xəstənin yaxınları iddia edirlər ki, onu bu virusa xəstəxanada yoluxdurublar. Faktla əlaqədar olaraq əslən Astara rayonundan olan xəstənin yaxınları Lənkəran rayon Prokurorluğuna şikayət ediblər.

İş saatı olmadığından qarşı tərəfin fikrini öyrənmək mümkün olmadı. Sabah adı hallanan qurumlardan açıqlama almağa çalışacağıq.

BAKU.WS