""Həzi Aslanov" - "Dərnəgül" istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb".

Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

N.Paşayev qatarda baş verən nasazlığa görə sərnişinlərin "28 May" metrostansiyasında boşaldıldığını qeyd edib.

"Saat 18:45-də "Nizami" stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar indi də "28 May" - "Gənclik" stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq", - deyə qurum rəsmisi əlavə edib.

Nəsimi Paşayevin sözlərinöə görə, bir neçə dəqiqəlik fasilədən sonra qatar tuneldən çıxarılaraq depoya göndərilib. Hazırda metroda qatarların hərəkəti bərpa edilib.

BAKU.WS