SİZİN REKLAM BURADA!
055 213 76 73



Fövqəladə Hallar Nazirliyi (FHN) azərbaycanlı alpinistlərin itkin düşməsi barədə məlumat yayıb.

Nazirlikdən BAKU.WS-ə məlumatda bildirilib ki, dekabrın 26-da nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmamış və onlarla əlaqə kəsilib.

Məlumat aidiyyəti qurumlara ötürülüb.

Fövqəladə Hallar Nazirliyinin helikopterlərdən ibarət aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Həmçinin oxuyun: Azərbaycanda alpinistlər dağda yoxa çıxıb (FOTO)

BAKU.WS