Türkiyənin Qars şəhərində avtobus aşıb.

BAKU.WS-in məlumatına görə, İstanbul-Naxçıvan səfərini həyata keçirən "34 - DY - 9422" nömrəli sərnişin avtobusu qəzaya düşüb. 

Qəza nəticəsində avtobusda çoxu azərbaycanlı olmaqla 30 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım maşınları tərəfindən Qars və Sarıkamış rayonlarındakı xəstəxanalara yerləşdirilib.

Yaralılardan bəziləri ayaq üstə müalicə olunub, bəziləri isə xəstəxanada müalicə edilib.

Şahin
BAKU.WS