Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var.

BAKU.WS
"Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, "Neftçilər" metro stansiyasının yaxınlığında Vasif Məhərrəmov idarə etdiyi 49 nömrəli marşrut avtobusunu dayanacaqda dayanan 57 nömrəli marşrut avtobusuna çırpıb. Nəticədə hər iki avtobusdakı ümumilikdə 15 nəfər sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib, yaralılar tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS