SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Yasamal rayonunda mağazalardan birində qadın müştəri satıcını aldadıb.

BAKU.WS-in məlumatına görə, mağazaya daxil olan qadın satıcıdan oyuncaqların qiymətlərini soruşub.

Daha sonra qadın oyuncaqlardan birini aldığını və bağlamağını bildirib.

“Oyuncağın qiyməti 35 manatdır. Qadın dedi ki, 5 manat verirəm, mənə 70 manat qalıq qaytararsız, çünki məndə 100 manatdır. Lakin başımın qarışıq olmasından istifadə edən qadın 100 manatı mənə vermədi və 70 manatı götürüb getdi”, - deyə satıcı BAKU.WS-ə bildirib.

Son vaxtlar ölkədə bu cür oğurluq hadisələrinin sayı artıb. Azərbaycanda belə oğurluq təzə yayılsa da, xarici ölkələrdə bu tərz fırıldaqçılıq uzun müddərtdir ki, yayılıb. Belə fırıldağa "qaraçı hipnozu" deyilir. Qaraçılar insanı söhbətə tutaraq pulunu götürüb gedirlər.

BAKU.WS