Ölkədən külli miqdarda xarici valyuta çıxaran şəxs gömrükdə yaxalandı

08
dek
2017
10:53
Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdinin qarşısını alıblar.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, idarənin Sərnişin şöbəsində Azərbaycandan İrana piyada yolla getmək istəyən Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı vətəndaşın üzərində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan edilməyən 14.800 ABŞ dolları aşkar olunub.Faktla bağlı araşdırma aparılır.ŞahinBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ
Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məmmədrza-Dizə kənd ta...
