SİZİN REKLAM BURADA!
055 213 76 73



Mobil operatordan telefonunuza gələn mesajları təsdiq etməyin. Çünki balansınızdan kontur çıxıla bilər.

BAKU.WS xəbər verir ki, “Azercell” istifadəçilərindən birinin metbuat.az-a ünvanladığı müraciətdə bildirilir ki, "505152" nömrəsindən gələn zəngdən sonra mobil operator onun balansındakı pulu silib.

Məsələ ilə bağlı “Azercell” ilə əlaqə saxladıq. Bildirildi ki, qeyd olunan abunəçi ötən ayın 19-da pullu xidmətə qoşulub. Xidmətlə bağlı telefonuna gələn mesajı təsdiq etdiyinə görə birbaşa abunə olub. Abunəlikdən çıxmaq üçün “Azercell” ilə əlaqə saxlamalıdır.

Bildirək ki, hansı operator istifadəçisi olmağınızdan asılı olmayaraq, mobil operatordan göndərilən hər mesajı təsdiq etməyin!

BAKU.WS