VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son günlər mobil telefonlara qəribə mesajlar göndərilir. 
 
Oxucularımız BAKU.WS-ə bildirir ki, nömrələrinə şirkətlər tərəfindən kommersiya məqsədli və heç bir sosial yükü olmayan mesajlar göndərilir. Əslində abunəçilər bu iradlarında tam haqlıdırlar. Çünki heç bir mobil operator və ya kontent şirkət abunəçinin razılığı olmadan onun nömrəsinə reklam mesajı göndərə bilməz.   
 
Mobil operator əgər öz şirkəti və xidmətləri haqqında məlumatlar verirsə, bu qanun çərçivəsindədir. Yox əgər başqa kontent provayder və ya şirkətlə müqavilə bağlayaraq müştərilərə reklam mesajları göndərilirsə, bu qanun pozuntusudur. Mobil operator yalnız özü və xidmətləri barədə müştərisinə mesaj göndərə bilər.
 
"Reklam haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunla vətəndaşların hüquqları qorunur. Abunəçi mobil telefonuna başqa şirkətlərdən reklam mesajları gəldiyi zaman məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edə bilər.
 
Azərbaycandan fərqli olaraq xarici ölkələrdə tam başqa təcrübədən istifadə olunur. Belə ki, abunəçinin telefonuna sosial yükü olan mesajlar və kampaniyalar barədə mesajlar göndərilir. Kommersiya məqsədli reklam mesajları isə abunəçi və mobil operator arasında bağlanılan müqavilə əsasında, müştərinin razılığı alındıqdan sonra göndərilir.   
 
Şahin Həbibov
BAKU.WS