SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasa jurnalistlər buraxılmayıb.

Hakim ancaq ailə üzvlərinin zala buraxılmasına göstəriş verib.

Prosesdə zərərçəkmiş şəxs iştirak etmədiyi üçün iclas noyabrın 8-nə təxirə salınıb.

Vəkil Cavanşir Məmmədov bildirib ki, Ə. Salahzadə özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

BAKU.WS