SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinə Rövşən Lənkəranskinin qardaşı, Canıyev Namiq Rafiq oğlu başçılıq edib.

BAKU.WS-in məlumatına görə, Namiq Canıyev Bakı Baş Gömrük İdarəsinin “Keşlə” gömrük postunun rəisi vəzifəsində çalışıb. 

Namiq Canıyevin Milli Məclisin deputatı Fəzail Ağamalı ilə də qohumluq əlaqəsi var. Bununla yanaşı, Namiq Canıyev polkovnik rütbəsi alıb. 

Qeyd edək ki, dünən, noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.

Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Nazim
BAKU.WS