SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyad kəndində baş verib. İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

BAKU.WS