SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəranda evdən 23 500 dollar (39 950 AZN ) və 5000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşlı oğlu tərəfindən törədildiyi məlum olub.

Onun evdən oğurladığı pul və qızıl-zinət əşyalarını yaxınlıqdakı bağ sahəsində gizlətdiyi müəyyən edilib.

Araşdırma aparılır.

BAKU.WS