SİZİN REKLAM BURADA!
055 213 76 73


Koreya Xalq Demokratik Respublikasından (KXDR) qaçan Yeonmi Park adlı şəxs ölkəsinin lideri Kim Çen In barəsində şok iddialar səsləndirib.

Onun iddiasına görə, KXDR lideri hər il 25 bakirə qız seçərək özünün "Zövq komandası"na daxil edir. 

30 yaşlı Yeonmi Park bildirib ki, gənc qadınlar həm siyasi öhdəlik, həm də cəlbedicilik əsasında seçilir.

Gözəl və baxımlı qızların tapılması üçün hər yerə, o cümlədən məktəblərə baş çəkilir. Həmin qızlar tapdıqda ilk iş onların ailə vəziyyəti, yəni siyasi durumunu yoxlamaq olur. Növbəti addım bakirə olduqlarından əmin olmaq üçün qızlar tibbi müayinəyə göndərilir. Bu testdən keçən namizədlərin bədəninin hər hansı nahiyəsində kiçik bir çapığın olmaması da şərtdir. 

İddialara görə, KXDR-in sabiq lideri Kim Çen İr gənc yeniyetmə qızlarla cinsi yaxınlığın ona ölümsüzlük bəxş edəcəyinə inanıb. O, 2011-ci ildə 70 yaşında güclü infarktdan vəfat edib.

BAKU.WS