SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

BAKU.WS FHN-ə istinadla xəbər verir ki, xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Qeyd edək ki, APA hadisənin SOCAR-ın Heydər Əliyev prospektində yerləşən yeni inzibati binasında baş verdiyini yazıb.

BAKU.WS