SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İŞİD terror təşkilatı daha bir amansız edam üsulundan istifadə edib. 
 
BAKU.WS-in məlumatına görə, terroçular bu dəfə əsir götürdükləri şəxsi tankın altına ataraq öldürüblər. Suriyanın Cabla şəhərində Əsəd rejimi qoşunlarının əsgəri olan bir nəfərin qolunu və ayağını bağlayıblar. 
 
Çarəsiz vəziyyətdə qalan Suriya əsgəri ətrafa baxaraq ölümdən can qurtarmağın yollarını axtarıb. Ancaq terrorçular buna imkan verməyiblər və tankla əsirin üzərindən keçiblər.
 
Xüsusi peşəkarlıqla çəkilən görüntü hadisənin qurma ola biləcəyi ehtimalını da ağıllara gətirib.   
 
BAKU.WS